Hindistanda kimyəvi zavodda baş verən partlayışda 34 nəfər ölüb

DÜNYA 01 iyul 2025, 09:20
Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Demokrat.az  xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.

Qeyd edilib ki, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

Bazar ertəsi səhər “Sigachi Industries” zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub. Qəzanın baş verdiyi yer hələ də dağıntılardan təmizlənir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 11:28
Top