Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb

DÜNYA 30 iyun 2025, 22:27

Aralıq dənizində Rusiya limanından neft daşıyan tankerdə partlayış baş verib.

Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadla xəbər verir.

Bildirillir ki, gəmi bir milyon barel neft daşıyırdı.

"Vilamoura" tankeri Liviya yaxınlığında dənizdə baş verən partlayış nəticəsində sıradan çıxıb və zərərin qiymətləndirilməsi üçün Yunanıstana yedəkdə aparılıb.

Partlayışın səbəbi hələ məlum deyil. Dənizdə çirklənmə qeydə alınmayıb və heyət üzvləri xəsarət almayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top