Paşinyana qarşı çıxan siyasətçilərin reklam lövhələri sökülür

DÜNYA 30 iyun 2025, 19:27
İrəvan meriyası polis əməkdaşlarının müşayiəti ilə iş adamı Samvel Karapetyana dəstək üçün quraşdırılmış reklam lövhəsini sökməyə başlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə "168.am" portalı məlumat yayıb.

Reklam lövhəsi iş adamına məxsus “Taşir” ticarət mərkəzinin fasadında quraşdırılıb. Yayımlanan görüntülərdə reklam lövhəsinin sökülməsi prosesi əks olunub. Karapetyan iyunun 18-nə keçən gecə İrəvanda saxlanılıb. O, baş nazir Nikol Paşinyanın narazılığına səbəb olan Erməni Apostol Kilsəsini dəstəkləyib. 

İş adamına qarşı iş açılıb və məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top