Qazaxıstanda məhkəmə keçmiş ədliyyə naziri Marat Beketayevi dələduzluq, xüsusilə külli miqdarda mənimsəmə və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Demokrat.az xəbər verir ki, bu barədə Respublika Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin nümayəndəsi Daniyar Biqaydarov məlumat verib.
Onun sözlərinə görə, istintaq “gizli” başlığı altında aparılıb, ona görə də işin təfərrüatları açıqlanmır.Beketayev 2023-cü ilin oktyabrında saxlanılıb. İstintaqın fikrincə, o, dövlətə böyük ziyan vurub.
Məhkəmə həbs müddəti ilə yanaşı, məhkumun əmlakının müsadirə edilməsinə də qərar verib.
Əfsanə Kamal
Demokrat.az