"ChatGPT" səbəbiylə dünya iş problemləri ilə üzləşir

DÜNYA 30 iyun 2025, 18:38
"ChatGPT" chatbotunun işə salınmasından sonra Böyük Britaniya məzunları və kursantları üçün vakansiyaların sayı ən azı 31,9% azalıb.

Demokrat.az
xəbər verir ki, tələbin azalması ilə bağlı statistikanı "Adzuna" iş axtarış platforması təqdim edib. Nəşr qeyd edir ki, süni intellektdən geniş istifadə işçilərin sayını azaltmaqla şirkətlərin səmərəliliyini artırmağa imkan verib. 

Beləliklə, təcrübəsi olmayan mütəxəssislər üçün iş tapmaq getdikcə çətinləşir.

Xüsusilə, biznes proseslərinin optimallaşdırılması ilə əlaqədar Böyük Britaniya və Avropanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “British Telecommunications” 2023-cü ildə 40-50 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top