Uşaqları yay İNFEKSİYALARDAN necə qoruyaq?

SOSİAL 01 iyul 2025, 12:15
Uşaqlarda immunitetin güclü qalması üçün ilk növbədə ailədə sağlam psixoloji mühitin olması vacibdir. 

News24.az xəbər verir ki, bu barədə pediatr Pavel Berejanski “Radio 1”ə verdiyi müsahibədə danışıb.

O bildirib ki, stress immun sisteminə mənfi təsir göstərir: 

“Bu baxımdan, böyüklərin zərərli vərdişlərdən uzaq durması vacibdir. Ailədə siqaret, elektron siqaretdən istifadə belə uşaqların sağlamlığına ciddi ziyan vura bilər”,-deyə o bildirib.

Pediatr əlavə edib ki, uşaqların sağlamlığında peyvəndlərin vaxtında vurulması və balanslı qidalanma da mühüm rol oynayır. Onun fikrincə, uşağın gündəlik qida rasionunda bütün zəruri mikroelementlər yer almalıdır: 

“Əgər hansısa məhsul istehlak olunmursa, ona sağlam alternativ tapmaq vacibdir. Çünki uşağın qidalanması onun həyat tərzi və fiziki aktivliyinə bir sözlə,  sağlamlığına birbaşa təsir göstərir”, - deyə o vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top