Bu müəllimlərə ikinci şans veriləcək — RƏSMİ

GÜNDƏM 01 iyul 2025, 15:46
Attestasiya imtahanında uğur qazana bilməyən bəzi incəsənət müəllimlərinin gələcək fəaliyyəti ilə bağlı vəziyyətə aydınlıq gətirilib.

Demokrat.az bildirir ki, Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov jurnalistlərə verdiyi açıqlamada bu barədə məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, attestasiyada iştirak edən müəllimlərdən beş ekspertin üçündən mənfi, ikisindən isə müsbət rəy alan pedaqoqlar üçün ikinci şans yaradılacaq:

“Hazırda Mədəniyyət Nazirliyinə tabe olan üç təhsil müəssisəsində həmin müəllimlərə təcrübəli mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir. Məqsəd odur ki, bu müəllimlər növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test və müsahibədən uğurla keçsinlər. Əgər bu mərhələləri müvəffəqiyyətlə başa vursalar, əvvəlki iş yerlərinə qayıdaraq pedaqoji fəaliyyətlərini davam etdirmək hüququ əldə edəcəklər”. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top