"Statistikaya əsasən son dövrlər yaşca özündən xeyli böyük kişilərlə ailə həyatı qurmaq istəyən qızların sayı artıb. Çünki qızların yaşamla bağlı olan standartları artıb. Qızlar daim sosial şəbəkələrdə lüks, gözəl həyatın şahidi olurlar. Nəticə olaraq hər hansı bir gənc oğlanın müəyyən potensiala gəlməsini gözləmək istəmir, hər bir imkanı olan insanla ailə qurmağa maraq göstərirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
O bildirib ki, son dövrlərdə hətta bununla bağlı sosial şəbəkələrdə trendlər də var:
"İnsanlar yoldaşları ilə yaş fərqləri çox olsa da, yaşadıqları həyatı bu trendlərlə paylaşırlar. Atasından, ailədən qayğı görməyən gənc qızlar xüsusilə sevgini və qayğını digərlərində tapırlar. Bu da çox zaman yanıldıcı olur. Ata sevgisi ilə əks cinsin sevgisini ayırd edə bilmirlər. Müəyyən yaşa çatdıqdan sonra isə fikir ayrılıqları ortaya çıxır. Qadınların yaşı da bu məsələdə xüsusi rol oynayır. 28 yaş və daha böyük qadınlar daha doğru qərar ala bilərlər. Ancaq son dövrlər 20 yaşdan kiçik qızların özlərindən yaşca xeyli böyük insanlarla münasibət qurmağa marağı artıb. Bunun təməlində müxtəlif komplekslər dayanır. Xüsusilə, ata ilə münasibət normal olmadıqda bu hal baş verir".
Əfsanə Kamal
Demokrat.az