Rusiya Azərbaycana nota verdi

XARİCİ SİYASƏT 01 iyul 2025, 16:41
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının “son qeyri-dost hərəkətləri ilə bağlı etiraz təqdim olunub”.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər - İqor Kartavıx və Yevgeniy Belousov saxlanılıb.

Həmin şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top