Mirzoyandan Lavrova sərt cavab: “Daxili işlərimizə qarışmayın”

XARİCİ SİYASƏT 30 iyun 2025, 13:31
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəsindəki daxili proseslər barədə səsləndirdiyi fikirlərə sərt cavab verib.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Telegram kanalları yayıb.

“Cənab Lavrova tövsiyəmiz budur ki, Ermənistan Respublikasının daxili işlərinə və daxili siyasətinə qarışmasın,” – deyə Ararat Mirzoyan vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Ermənistanla bağlı açıqlamasında bu ölkədə “kilsəyə qarşı hücumlar” məsələsinə toxunaraq, narahatlığını ifadə etmişdi.

Lavrov bildirmişdi ki, Ermənistan daxilində baş verənlər bu ölkənin öz işidir, lakin kilsəyə qarşı yönəlmiş hərəkətlər Rusiyada ciddi narahatlıq doğurur:

“Ermənistandakı vəziyyət həmin ölkənin daxili işidir, lakin kilsəyə qarşı hücumlar bizi narahat etməyə bilməz.”

Lavrov eyni zamanda qeyd edib ki, Rusiya Ermənistanın daxilindəki gərginliyin tezliklə aradan qalxmasında maraqlıdır və vəziyyətin sabitləşməsi üçün ümid edir.
 
Mirzoyanın sərt reaksiyası isə göstərir ki, Ermənistan hökuməti Rusiya rəsmilərinin son dövrlər ölkə daxilində baş verən proseslərə dair müdaxilələrini qəbul etmir və bu cür açıqlamaları ölkənin daxili suverenliyinə təhdid kimi dəyərləndirir.

Qeyd edək ki, Ermənistanda son həftələrdə müxalifət qüvvələrinin və bəzi dini dairələrin iştirak etdiyi etiraz aksiyaları fonunda siyasi və ictimai gərginlik artıb. Rusiya tərəfinin bu hadisələrə münasibəti isə İrəvan-Moskva münasibətlərində əlavə gərginlik yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top