Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı —"Sonra da deyirik bizi niyə sevmirlər?"

GÜNDƏM 01 iyul 2025, 21:19
Rusiyalı jurnalist Kseniya Sobçak özünün Telegram kanalında təhlükəsizlik qüvvələrinin Yekaterinburqda iki azərbaycanlının öldürüldüyü reyd nəticəsində Rusiya ilə Azərbaycan arasında gərginləşən münaqişəni şərh edib.

Sobçak Azərbaycan mediasında mərhumun meyitlərinin yarılması zamanı sözün əsl mənasında bədəndə salamat yer qalmayan görüntülərə diqqət çəkib. Eyni zamanda, o xatırladıb ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölümünün səbəbi kimi rəsmən ürək çatışmazlığını göstərir.

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir. Bu, işgəncələrə bəraət qazandıra bilməz: “Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhələndiklərinin fərqi yoxdur”.

Sobçakın sözlərinə görə, ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala səbəb olub: “Sonra da təəcüblənirik ki, niyə bizi sevmirlər, gözləmirlər…Ona görə ki, kimsə özünü cəzasız qalacağına bərk inandırıb”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top