Qaxda gölə düşən traktorun sürücüsü boğularaq ölüb

HADİSƏ 01 iyul 2025, 23:40
Qaxda idarəetməni itirərək gölə düşən traktorun sürücüsü boğularaq ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qıpçaq kəndinin inzibati ərazisində baş verib.

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Adil İsaq oğlu Bayramov sahədə iş görən zaman traktorla birlikdə ərazidəki gölə düşüb. Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb.

A. Bayramovun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top