Bakının Sabunçu rayonunda qonşuların içki məclisində yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 13-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Muxtar həmin gün saat 17 radələrində qonşusu Mustafa ilə mübahisə edib. Mübahisə zamanı o, Mustafanı (adlar şərti verilib – red.) bıçaqla vurub.
Hadisəni törədən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 13-də, saat 17 radələrində qonşusu Mustafanın yaşadığı evdə bacısı Səlimə ilə aralarında sözlə mübahisə yaranıb: “Bu zaman Mustafa mübahisəyə müdaxilə edərək əllərimi tutdu. Mustafa məni itələyərək mətbəxdən küçəyə açılan qapıdan çıxarmaq istədi. Mustafanı özümdən uzaqlaşdırmaq məqsədi ilə bıçaqla onun qarın nahiyəsindən vurdum. Mustafa bacısı ilə birlikdə məni küçəyə çıxardı. Mən küçədə olarkən əlimdəki bıçağı tullayaraq oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş Mustafanın sözlərinə görə, avqustun 13-də, saat 17 radələrində bacısı Səlimə ilə Muxtar arasında yaranmış mübahisəyə müdaxilə edib: “Bu zaman Muxtar əlimizdən çıxaraq mətbəxə keçdi. Mən də onun arxasınca mətbəxə getdim. Muxtar mətbəxdəki mətbəx dəstinin sıyırmasından mətbəx bıçağını əlinə götürdü. Küçəyə çıxış mətbəxdən olduğundan Muxtarı evimdən qovmaq məqsədi ilə onu itələdim və mətbəxdən küçəyə açılan qapıdan küçəyə çıxarmaq istədim. Lakin Muxtar çıxmaq istəmədi. Muxtarı küçəyə çıxarmaq məqsədi ilə onunla əlbəyaxa oldum. Səlimə araya girməsinə baxmayaraq Muxtar bizim hər ikimizi qəsdən yumruq və təpiklə vurdu. Əlindəki bıçaq bədənimi kəsdi. Mən Muxtarı itələyərək küçəyə çıxara bildim. Qapını bağladıqdan sonra qarnımdan qan axdığını gördüm və saat 17:30-da çağırışlarımız əsasında evə gələn təxirəsalınmaz təcili tibbi yardım stansiyasının avtomobilində xəstəxanaya aparıldım”.
İş üzrə şahid qismində ifadə verən Səlimənin ifadəsinə görə, qardaşı Mustafa ilə birlikdə yaşayır: “Təqsirləndirilən Muxtar qonşumuzdur. 2024-cü ilin iyun ayında Muxtar spirtli içki qəbul edərək qonşuları narahat etdiyindən narazı olduğunu bildirdim. Muxtar da bu barədə məlumatı olduqdan sonra mənə qarşı münasibəti dəyişdi”.
Səlimə qeyd edib ki, avqustun 13-də, saat 17 radələrində qardaşı ilə yaşadığı evin qarşısında dayandıqları zaman Muxtar əlində spirtli içki şüşələri ilə küçədən keçib: “Muxtar bizi görərək yaşadığımız ünvanda birlikdə spirtli içki qəbul etməyi təklif etdi. Mustafa da etiraz etməyərək Muxtarı yaşadığımız evə dəvət etdi. Mən stəkan gətirmək üçün mətbəxə keçdim. Muxtar arxamca gələrək barəsində qonşuların dedikləri ilə bağlı iradını bildirdi. Öz etirazımı bildirməyimə baxmayaraq Muxtar hərəkətlərini davam etdirdi, məni vuracağını bildirdi. Ona heç nə edə bilməyəcəyimi bildirdikdən sonra şillə atdı. Aramızda mübahisə yarandı. Bu zaman Mustafa mübahisəyə müdaxilə etdi və Muxtarın əllərindən tutdu. Mən Muxtarın boğazından tutmaq istədim. Muxtar əlimizdən çıxaraq mətbəxə keçdi. Qardaşım da arxasınca mətbəxə getdi. Muxtar mətbəxdəki mətbəx dəstinin sıyırmasından mətbəx bıçağını əlinə götürdü. Küçəyə çıxış mətbəxdən olduğundan Muxtarı evindən qovmaq məqsədi ilə qardaşım onu itələyərək mətbəxdən küçəyə açılan qapıdan küçəyə çıxarmaq istədi. Lakin Muxtar çıxmaq istəmədi. Mən Muxtarı küçəyə çıxarmaq məqsədi ilə onunla əlbəyaxa oldum. Araya girməyimə baxmayaraq Muxtar bizim hər ikimizi yumruq və təpiklə vurdu. Muxtar əlindəki bıçaqla qardaşımın bədənini kəsdi”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Muxtarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az