Ölkəyə 8 milyon həşərat ona görə gətirilib ki... — AÇIQLAMA

GÜNDƏM 01 iyul 2025, 20:45
Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyib.

 Maraqlıdır, 8 milyon həşərat ölkəyə hansı məqsədlə gətirilib?

Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert  Eldəniz  Kərimov deyib ki, ilk baxışdan bu qədər böyük sayda həşəratın ölkəyə gətirilməsi qəribə görünsə də, əslində bunun arxasında elmi və praktik məqsədlər dayanır:

“Əsas məqsəd kənd təsərrüfatında bioloji mübarizəni gücləndirməkdir. Son illərdə kimyəvi pestisidlərə alternativ olaraq bioloji üsullar daha çox üstünlük qazanır. Belə ki, zərərverici həşəratlara qarşı mübarizədə onların təbii düşmənləri olan faydalı həşəratlardan istifadə edilir. Bu, həm ekoloji baxımdan daha təhlükəsizdir, həm də məhsulun keyfiyyətinə mənfi təsir göstərmir. Azərbaycana gətirilən bu həşəratların əsas hissəsini trixoqramma və digər parazitar növlər təşkil edir. Onlar kənd təsərrüfatı sahələrində zərərverici həşəratların yumurtalarına və sürfələrinə qarşı istifadə olunur. Beləliklə, kimyəvi dərmanlara ehtiyac azaldılır və torpaq-biotanın sağlamlığı qorunur. Bundan əlavə, bəzi həşəratlar elmi-tədqiqat məqsədilə, o cümlədən laborator mühitdə seleksiya, genetika və entomologiya sahələrində araşdırmalar aparmaq üçün də ölkəyə gətirilə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top