"Meta" şirkətinin rəhbəri Mark Zukerberq yeni tədqiqat bölməsi olan "Superintelligence Labs (MSL)"nin fəaliyyətə başladığını elan edib.
Demokrat.az xəbər verir ki, onun əsas vəzifəsi super-AI adlanan yeni nəsil süni intellektin inkişafı olacaq.
Bu addım Metanın "OpenAI" və "Google"un şiddətli rəqabəti şəraitində süni intellekt yarışında lider mövqe tutmaq ambisiyasını vurğulayır. Şirkət sənayenin ən yaxşı istedadlarını açıq şəkildə ovlayır.
İddialı planlarını həyata keçirmək üçün şirkət mükəmməl bir komanda topladığını açıqlayıb. Laboratoriya süni intellektin növbəti nəslini yaratmağa başlayacaq. Zukerberq super intellektin yaradılmasının bəşəriyyət üçün yeni dövr açacağına əminliyini ifadə edib.
Şirkət vurğulayır ki, "Meta" layihələrin miqyasını genişləndirmək üçün unikal resurslara, o cümlədən böyük hesablama gücünə və kütləvi məhsullar yaratmaq təcrübəsinə malikdir.
Əfsanə Kamal
Demokrat.az