“Qardaşlarımın nəşlərinə baxdım, ölümcül işgəncə izləri var” — Seyfəddin Hüseynli

GÜNDƏM 01 iyul 2025, 11:09
“Yekaterinburq şəhərində Rusiyanın amansız güc strukturlarının qətlə yetirdiyi qardaşlarımın Bakıya gətirilmiş cəsədlərinin tanınması üçün dəvət olunduğum və iştirak etdiyim məhkəmə tibbi ekspertizası zamanı gördüyüm mənzərə məni daha da dəhşətə gətirdi”.

Bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.

“Onların bədənindəki çoxsaylı ölümcül işgəncə izləri Rusiya tərəfinin qardaşlarımın ölüm səbəbi barədə uydurub yaydığı xəbərin tamamilə cəfəngiyyat olduğunu danılmaz şəkildə sübut edir”, – o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top