“Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” — VİDEO

GÜNDƏM 01 iyul 2025, 08:51

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.

Demokrat.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı qızı Çimnaz İbrahimova deyib.

“Hüquq-mühafizə orqanları səhər saatlarında evə daxil olub, onları vəhşicəsinə döyərək evdən çıxarıblar. Polisin belə bir hərəkətə yol verməsi heç başadüşülən deyil. Bu cür işgəncələr normal sayılmamalıdır”, - Ç.İbrahimova əlavə edib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Ətraflı Baku TV-nin süjetində:

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 11:28
Top