"Azərbaycan rəsmiləri Rusiyadan bu hadisə ilə bağlı..." — AÇIQLAMA

GÜNDƏM 01 iyul 2025, 14:04
“Azərbaycan Daxili İşlər Nazirliyinin verdiyi rəsmi məlumata əsasən, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı 2025-ci ilin fevral ayından etibarən akkreditasiyasını itirməsinə baxmayaraq, bu günə qədər qanunsuz fəaliyyətini davam etdirib. Bununla yanaşı icazəsiz maliyyələşmə əməliyyatları həyata keçirib”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

O qeyd edib ki, qanunsuz fəaliyyətlə bağlı xüsusi istintaq qrupu tərəfindən agentliyin Bakıdakı ofisində axtarış aparılıb:

“Nəticədə qurumun icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov saxlanılıb. Azərbaycan hüquq-mühafizə orqanları bu prosesdə beynəlxalq hüquq prinsiplərinə və insan haqlarına riayət edib. Saxlanılan şəxslər jurnalist fəaliyyəti ilə deyil, başqa hüquqazidd fəaliyyətlə məşğul olmaqda şübhəli bilinir. Rusiya hüquq-mühafizə orqanlarının keçmişdə həyata keçirdiyi əməliyyatlar zamanı insan haqlarının pozulması, insanların xəsarət alması və həyatını itirməsi hallarına rəsmi Moskva susqun qalır. Bu cür hadisələr iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. Azərbaycan rəsmiləri Rusiyadan bu hadisə ilə bağlı aydın və rəsmi açıqlama verilməsini, həmçinin bu cinayət əməllərində əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyir. İşin gedişində yeni və vacib detallar üzə çıxa bilər. Bu məsələdə cəmiyyətin və Rusiya tərəfinin tam şəkildə məlumatlandırılması təmin olunacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top