Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirib və avtomobil aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü xəsarət alıb və İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.(APA)


