YapiKredi Müraciət Forması
İdman Özəl

Türkiyə millisinin baş məşqçisi müəyyənləşdi - Bu gün açıqlanacaq

Türkiyə millisinin baş məşqçisi müəyyənləşdi - Bu gün açıqlanacaq

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun 53 yaşlı mütəxəssislə apardığı danışıqlar müsbət nəticələnib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

Məlumata görə, Vinçentso Montella ilə yolların ayrılmasından sonra milli komandaya rəhbərlik edəcək namizədlər arasında yerli və əcnəbi mütəxəssislərin adları nəzərdən keçirilib. Hacıosmanoğlu Sergen Yalçınla görüşərək ona dördillik müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə olunduğu və təyinatın rəsmən elan edilməsinin gözlənildiyi bildirilir.

Hacıosmanoğlu bu gün İdarə Heyətini toplayaraq Sergen Yalçınla görüşünün təfərrüatlarını bölüşəcək, bundan sonra isə əldə olunan razılaşma açıqlanacaq.

Qeyd edək ki, Sergen Yalçın mayın 18-də "Beşiktaş"dan ayrıldıqdan sonra heç bir klubla müqavilə imzalamayıb və "Kafa Sports" platformasında futbol şərhçisi kimi fəaliyyət göstərib. Mütəxəssisin Türkiyə millisinin baş məşqçisi kimi ilk sınağının noyabrın 12-də İzmir şəhərində Belçikaya qarşı keçiriləcək UEFA Millətlər Liqası matçı olacağı gözlənilir.

Jalə