“Mançester Siti” də DÇ-ni tərk etdi

İDMAN 01 iyul 2025, 08:30
ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) 1/4 finala yüksələn daha bir komanda bəlli olub.

Demokrat.az xəbər verir ki, Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu İngiltərənin “Mançester Siti” komandasını 4:3 hesabı ilə məğlub edib.

Qarşılaşma əsas vaxtda 2-2 bərabərliklə nəticələnib və oyunda əlavə vaxt oynanılıb. İngiltərə nəhəngini turnirdən kənarlaşdıran “Əl-Hilal” növbəti mərhələyə adlayıb.

Beləliklə, Ərəbistan təmsilçisi 1/4 finalda Braziliyanın “Fluminense” klubuna rəqib olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 11:28
Top