Azərbaycan güləşçiləri Türkiyədə keçirilən xatirə turnirini 8 medalla başa vurublar

İDMAN 30 iyun 2025, 00:30
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirin son günündə bürünc medal qazanıb.

Demokrat.az
xəbər verir ki, Hacıyevin fəxri küsünün üçüncü pilləsinə qalxmasından sonra Memorialda qazanılan medalların sayı 8-ə çatıb.

Xatırladaq ki, öncəki günlərdə yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) ilə Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıb.

Beləliklə, turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top