Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin siyahısı açıqlandı

GÜNDƏM 30 iyun 2025, 00:24
Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə iTicket.az məlumat yayıb.

Məlumata görə, ləğv edilən tədbirlər aşağıdakılardır:

- Yumor Fest (18.07.2025 - Sea Breeze Resort);

- Bastanın konserti (30.08.2025 - Sea Breeze Resort);

- "Şelkunçuk" baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);

- "Qu gölü" baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);

- Sergey Bezrukovun konserti (17.10.2025 - Heydər Əliyev Sarayı);

- "Romeo və Cülyetta" baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);

- "Düyməçik" baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);

- Yevgeni Sinyakovun stendapı (01.11.2025 - Opera Studiyası);

- Leonid Aqutin və Anjelika Varumun konserti (23.11.2025 - Heydər Əliyev Sarayı);

- "Master və Marqarita" Flamenko tamaşası (20.12.2025 - Opera Studiyası);

- "Şelkunçuk" Flamenko baleti (20-21.12.2025 - Opera Studiyası).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top