Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"

ŞOU-BİZNES 30 iyun 2025, 15:42
"Elza mənim yanıma dərsə gəlmək istəyib, mən onunla məşqul olmamışam".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Afaqla onlar"a pedaqoq, müğənni İntiqam Kərimov deyib.
 
Sənətçi, Elza Seyidcahanın "Mən onu tanımıram, tanımışamsa da kaş tanımaz olaydım" sözlərinə sərt reaksiya verib:
 
"O, mənim evimdə olub, çörək kəsib. Dərsə də gəlmək istəyib, mən onunla məşqul olmamışam. Gəlsin, mənim tələbələrimlə canlı oxusun, sonra mənə nəsə deyə bilər. O "Azərbaycanın səsi" verilişində də tələbələri ağladıb yola salırdı. Mənim tələbələrimlə işiniz olmasın dedim ona, o da mənə hücum çəkdi. Ondan sonra biz danışmırıq. O,mənim qədər vokalı bilə bilməz, mənə fikir deməyə onun haqqı yoxdur. Biz tələbə yoldaşı deyilik. Mən konservatoriyada işləyəndə o tələbə olub. İlk caz rok oxuyan adam mənəm. O mənə tələbə vaxtı deyir di ki, sizdən oxumaq öyrənirik. Mən onun kimi danışsam, gərək mən də Elza olum".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top