Abşeron rayonunda 1986-cı il təvəllüdlü Etibar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səmayəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 6 noyabr 2024-cü ildə baş verib. Abşeron rayon sakini Etibar həmin gün saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Səmayənin onun artıq istifadə etdiyindən tulladığı üzqırxanını hələ də evin yataq otağındakı dolabda saxladığına görə irad bildirib.
Bununla bağlı aralarında ailə münaqişəsi zəminində yaranmış narazılıq üstündə mübahisə edib. Həmin mübahisə əsnasında Səmayənin üzərinə hücum edib və qəsdən yumruqla onun sifət, baş, sol göz nahiyələrinə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səmayə ilə 16 ilə yaxındır rəsmi nigahdadır, bu nikahdan 3 övladı var: “Səmayə ilə aramızda ara-sıra mübahisələr baş verir. Bu mübahisələrin səbəbi onun təmizliyini, səliqə-səhmanını sevməmdir. Buna görə də mən evdə hər hansı əşyanın yerində olmadığını gördükdə əsəbiləşirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 6-da, saat 18 radələrində işdən evə gəlib: “Yataq otağına daxil olduqda işlədərək artıq atdığımı zənn etdiyim üzqırxan jiletin hələ də dolabın üzərində olduğunu gördüm. Bunu Səmayəyə irad bildirdim. Səmayə üz qırxan jiletin dolabın üzərinə onun tərəfindən qoyulmadığını dedi. Mən jileti götürərək mətbəxə Səmayənin yanına getdim, “bunu bura qoyanın anası ölsün” cümləsini dedim. Səmayə isə cavab olaraq “anan da ölsün, atan da” sözlərini bildirdi. Bu zaman aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbiləşərək Səmayənin üzərinə getdim və onun sol gözünə yumruqla vuraraq onu döydüm. Səmayə ağlayaraq atasına zəng edərək çağırdı. Bir qədər sonra Səmayənin atası gəldi. Səmayəni və övladlarımı evlərinə apardı”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə iki azyaşlı övladlarının olmasını, mübahisəni kənar şəxsin görmədiyini, həmin vaxt arvadı Səmayənin onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, Etibar onunla hər gün qısqanclıq zəminində əsassız mübahisələr edir: “Hadisə günü, saat 18 radələrində Etibar işdən evə gəldi və evə daxil olduqdan sonra yataq otağına keçdi. Yataq otağına daxil olduqda dolabın üzərində üzqırxan jileti gördü və bunun kimə aid olduğunu məndən soruşdu. Mətbəxdən həmin üzqırxanın mənə a aid olmadığını, məhz ona, yəni ərim Etibarın özünə aid olduğunu bildirdi. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Etibar evin mətbəxində üzərimə gələrək məni təhqir etdi, vurmağa başladı. Etibar yumruq zərbələri ilə sifət, sol göz nahiyyəmə və başıma vuraraq məni döydü. Etibar məni döydükdən sonra telefonu aldı, bir neçə dəqiqədən sonra isə telefonu yenidən geri qaytardı. Mən mobil telefonumu götürərək atama zəng etdim, onu bizə çağırdım. Atam gəldikdən sonra övladlarım ilə birlikdə evdən çıxdıq və atamın yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getdik. Atamgildə olan zaman Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim və hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb.
Bu səbəbdən Etibarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az