Bakının Sabunçu rayonunda kafedə müştəri ilə oranın işçisi arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində olan kafelərdən birində baş verib.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Mübariz kafedə tanımadığı Mahmudla (adlar şərtidir – red.) mübahisə edib yumruqla qəsdən onun üz və baş nahiyələrindən bir neçə dəfə zərbə vurub.
Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabunçu qəsəbəsində dostları Fuad və Samirlə görüşüb: “Birlikdə yemək yeyib, spirtli içki qəbul etmək qərarına gəldik. Bu səbəbdən kafeyə yollandıq. Orada olarkən təxminən saat 17 radələrində sanitar qovşağına getdim. Geri qayıtdıqda isə soyuducuda meyvə gördüm və orada olan aşbazdan meyvə verməsini istətdim. Həmin aşbaz isə kobud şəkildə cavab verərək meyvəni ofisiantdan istəməli olduğumu bildirdi. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı zərərçəkmiş şəxsin yumruqla bir neçə dəfə üz və baş nahiyələrindən zərbələr vurdum. Kafedə olan müştərilər bizi aralaşdırdı”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az