Bu gün saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, A2025-ci il 30 iyun tarixində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.