“Bu qanunun qüvvəyə minməsinin çox böyük önəmi var.”
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bugünkü reallığı nəzərə alsaq, belə addımların atılması doğrudur:

“Bildiyimiz kimi, sabahdan bu qanun qüvvəyə minir. Zaman-zaman etiraz edənlər də olacaq, var. Qohum nikahlarından çoxlu sayda fiziki məhdudiyyətli uşaqlar dünyaya gəlir. Valideynlərin səhvlərinə görə onların övladları əziyyət çəkir. Bu məsələnin həlli üçün sözügedən qərarın qəbul edilməsi vacib idi. Son vaxtlar qəbul edilən mühüm qərarlardan biridir, insanlar da buna əməl etməlidirlər. Bu qanunun qəbul edilməsi zərurətdən irəli gəlirdi.
Bəzən deyirlər ki, biz müayinədən keçirik, sonra ailə qururuq. Xeyr, əgər bu nəsildə yoxdursa, növbəti nəsildə fəsadlar özünü göstərəcək. Bunlardan özümüzü sığortalamalıyıq. Hər kəs bu qərara əməl etməlidir. Sağlam övladlar üçün, sağlam nəslin yetişdirilməsi üçün bunu nəzərə almalıyıq.”
Qeyd edək ki, sabahdan Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.
Cavidan Mirzəzadə
Demokrat.az