YapiKredi Müraciət Forması
Dünya Özəl

Ukrayna Tambov vilayətinə dron zərbələri endirib - VİDEO

Ukrayna Tambov vilayətinə dron zərbələri endirib - VİDEO

İlkin məlumatlara görə, zərbə "Drujba" neft kəmərinə aid infrastrukturu hədəf alıb.

Demokrat.az xəbər verir ki, vilayət qubernatoru Yevgeni Pervişev bu haqda məlumat verib.

"Oktyabrın 20-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar Tambov vilayətinə hücum edib, nəticədə yerli obyektlərdən birində yanğın baş verib", - qubernator bildirib.

O, hadisənin təfərrüatlarını açıqlamayıb, yalnız insan tələfatı olmadığını qeyd edib.

Xatırladırıq ki, Ukraynanın "Exilenova+" monitorinq mərkəzi və "Astra" nəşrinin OSINT (açıq mənbə məlumatları əsasında kəşfiyyat) analitikləri hesab edirlər ki, dronlar Miçurinski rayonundakı Nikolskoye xətt istehsal-dispetçer stansiyasına (LPDS) zərbə endirib.

Alparslan