Ən azı 4-5 nəfər həbs olunmalıdır — Tural Abbaslı

GÜNDƏM 30 iyun 2025, 16:10
“İslahat, kadr dəyişikliyi – bunlar artıq effekt vermir. Görünən budur ki, bir çox dövlət qurumlarında səriştəsiz məmurlar oturublar. Məşğul olduqları sahədən heç bir məlumatları yoxdur. Səriştəsi olanlar da pul yeməklə, öz şəxsi rifahlarını yaxşılaşdırmaqla məşğuldurlar, nəinki xalqı, insanları düşünmək, onların qayğısına qalmaq”.

Bunu Demokrat.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı deyib. O bildirib ki, yolun çökməsi nəticəsində vətəndaşın ölümünə görə həbslər olmalıdır:

“Bakı Azərbaycanın ən inkişaf etmiş şəhəridir. Biabırçılıqdır, günün günorta vaxtı vətəndaş asfaltın çökməsi nəticəsində kanalizasiya sularında boğularaq vəfat edir. Mənə maraqlıdır ki, bu məsuliyyətsizliyə görə kim cavab verəcək, kimlər həbs olunacaq? 

Ona görə də kadr islahatları effektsizdir, cəza mexanizmləri olmalıdır. Bir gəncin kimlərinsə məsuliyyətsizliyi ucbatından ölümü ən azı 4-5 adamın həbs olunmasına səbəb olmalıdır. Digər məmurlar da görəndə ki, məsuliyyətsizlikləri həbsə gətirib çıxaracaq, onda işləyəcəklər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top