İş adamı bazarda bıçaqlandı — YENİLƏNİB

KRİMİNAL 30 iyun 2025, 10:19
Dünən Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, saat 07 radələrində Lənkərandakı mərkəzi bazarda rayonun Osaküçə kənd sakin, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov 1977-ci il təvəllüdlü Həbibov Firad Səyad oğluna bıçaqla zərbələr endirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

B.Tahirov CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. (Qafqazinfo)

***

Baku TV-nin məlumatna görə, bıçaqlanan F.Həbibov Osaküçə kəndində yerləşən “Pambəhi” istirahət mərkəzinin sahibidir.

5 bıçaq xəsarəti alan iş adamı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top