"Dinimizdə uşaqlara verilən adların hökmü, əsasən, Qurana, Sünnəyə, İslam alimlərinin görüşlərinə və ictimai fayda prinsiplərinə əsaslanır. Ümumiyyətlə, İslamda uşaqlara ad qoymaq valideynin övladına qarşı ilk və ən mühüm haqlarından biridir və bu seçim məsuliyyət və şəri baxımdan əhəmiyyət daşıyan bir məsələdir.Peyğəmbərimiz Məhəmməd (s) buyurub: "Siz Qiyamət günü adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Odur ki, adlarınızı gözəl qoyun." (Əbu Davud, Ədəb, 69). Bu hədis ad seçiminin nə qədər vacib olduğunu göstərir. Yəni İslam uşağa gözəl və mənalı ad qoymağı təşviq edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, İslamda bir adın qoyulması yalnız aşağıdakı hallarda qadağan olunur:
"Allahın sifətlərinə və adlarına bənzəyirsə və qarşısında “Abd” (qulluq) sözü yoxdursa. Məsələn, yalnız “Rəhman”, “Qadir” kimi adlar Allahın xüsusi adları sayıldığı üçün bu adlar “Abdur-Rəhman”, “Abdul-Qadir” formasında qoyulmalıdır. Əgər "Abd" olmadan qoyularsa, bu adlar şirkə aparan və dini baxımdan uyğun olmayan adlar sayılır. Pis və mənfi məna daşıyırsa. Məsələn, "Şeytan", "Firon", "Qabil", "Yezid" kimi adlar, İslam tarixində mənfi obrazlar olaraq tanınır və bu adların verilməsi İslam əxlaqına və müsəlmanların duyğularına uyğun sayılmır. İslam düşmənlərinin, tiranların və kafirlərin tanınmış adlarıdırsa. Bu adlar uşağın şəxsiyyətinə, psixologiyasına və cəmiyyətlə münasibətinə mənfi təsir göstərə bilər. Eyni zamanda bu, İslam dəyərlərinə ziddiyyət təşkil edə bilər".
Onun sözlərinə görə qız uşağına kişi adı və ya əksinə verilməsi cəmiyyət baxımından da, dini baxımdan da uyğun sayılmaz:
"Bu kimi adlar uşağın gələcək həyatına mənfi təsir edə bilər və bu da "müsəlmanın müsəlmana zərər verməməsi" prinsipinə ziddir. Peyğəmbərimiz (s) bir çox şəxslərin adlarını bu səbəbdən dəyişdirmişdir. Məsələn, "Asiyə" (üsyankar) adını "Cəmilə"yə çevirmişdir (Müslim, Ədəb, 14).Yekun olaraq, İslamda mütləq şəkildə qadağan olunmuş konkret adlar azdır, lakin adın mənası, tarixi yükü, dinlə və cəmiyyətlə əlaqəsi nəzərə alınmaqla qərar verilir. Bu baxımdan “bu adı qoymaq olmaz” demək üçün həmin adın mənfi dini və ya tarixi mənası olmalıdır. Əgər belə bir mənfi mənası yoxdursa, o zaman “qadağandır” demək əsassız olar.Bu məsələ din deyil, dini və mənəvi ədəb və məsuliyyət məsələsidir. Ona görə də valideynlər ad seçərkən yalnız ədəbli və dini qadağalara zidd olmayan, eyni zamanda cəmiyyət tərəfindən qəbul edilə bilən və uşağın şərəfini qoruyan adlar qoymalıdırlar".
Əfsanə Kamal
Demokrat.az