Sabahdan məktəbli formaları UCUZLAŞIR — YENİ QİYMƏTLƏR

SOSİAL 30 iyun 2025, 14:56

Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini aşağı salır.

Demokrat.az xəbər verir ki, bu barədə BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, yeni qiymətlərə əsasən, qısaqol polo köynək 8 manat, uzunqol polo köynək 10 manat, şalvar 15 manat, jaket 20 manat, ətək isə15 manat təşkil edir.

"Standart 26-54 ölçüdən böyük 56, 58, 60 şalvar, ətək və polo köynəklər artıq parça sərfiyyatı səbəbindən qiymətə 5 azn əlavə olunur", - E. Əzimov əlavə edib.

Qeyd edək ki, ötən il qollu və qolsuz köynəklər 15 manat, şalvar və ətəyin qiyməti isə 20 manat, jaket isə 30 manat idi. (Apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top