Qadın vəkillərin sayı niyə azdır? — AÇIQLAMA

GÜNDƏM 30 iyun 2025, 18:17
Azərbaycanda qadın vəkillərin sayı 579 nəfərə çatıb ki, bu da ölkədəki ümumi vəkil sayının cəmi 21 faizini təşkil edir.

Vəkil Sevinc Əliyeva Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda qadın vəkillərinin aşağı olmasının səbəbləri müxtəlifdir:

“Hüquq sahəsində qadın təmsilçiliyinin bu qədər aşağı olması bir sıra sosial, psixoloji və institusional səbəblərlə əlaqəlidir.  Vəkillik sahəsi ənənəvi olaraq kişi peşəsi kimi qəbul olunub. Bu sahəyə qadınların marağı artsa da, bəzi ailələr və ya cəmiyyət təbəqələri hələ də qadınların bu peşəyə daxil olmasını uyğun saymır. Vəkillik peşəsi yüksək stres, uzun iş saatları və tez-tez məhkəmələrdə iştirak tələb edən fəaliyyət sahəsidir. Bir çox qadın ailə qayğıları, uşaq böyütmə və digər məişət məsuliyyətləri ilə bu peşənin gərgin ritmini uyğunlaşdırmaqda çətinlik çəkə bilər. Azərbaycanda vəkil olmaq üçün hüquq təhsili almaq, hüquqşünas kimi müəyyən müddət staj keçmək və Vəkillər Kollegiyasına üzv olmaq üçün ciddi imtahanları uğurla keçmək tələb olunur.Azərbaycanda qadın vəkillərin sayının artırılması hüquq sistemində gender balansının bərpası və qadınların hüquq sahəsində daha aktiv rol oynaması üçün vacibdir. Bu, təkcə ədalət və bərabərlik baxımından deyil, eyni zamanda cəmiyyətin hüquqi mədəniyyətinin inkişafı üçün də strateji əhəmiyyət daşıyır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top