“Son dövrlərdə Rusiyada yaşayan azərbaycanlılara qarşı artan zorakılıq halları məqsədli və sistemli xarakter daşıyır. Bu cür hadisələr, təkcə kriminal deyil, eyni zamanda Rusiyanın imperialist və şovinist mövqeyindən qaynaqlanan dərin ictimai-siyasi problemin nəticəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əslində Rusiya miqrantlar ölkəsidir:
“Böyük əraziyə və nəhəng iqtisadi potensiala malik olan bu ölkənin əmək bazarında ciddi çatışmazlıqlar var. Üstəlik, demoqrafik böhran da mövcuddur. Əhalinin artım tempi aşağıdır və bu artımı stimullaşdırmaq üçün dövlət siyasətləri həyata keçirilsə də, slavyan əhalisinin sayı faktiki olaraq artmır. Nəticədə Rusiya xarici ölkələrdən xüsusilə də keçmiş sovet məkanından miqrant axınını qaçılmaz hesab edir. Bu ölkəyə gələn miqrantların əksəriyyəti Rus dili ilə ünsiyyət qura bilən, SSRİ ilə tarixi, sosial və dil əlaqələri olan regionlardan gəlir. Azərbaycanlılar da bu qrupun mühüm hissəsini təşkil edir. Lakin bu ehtiyaca baxmayaraq, Rusiya rəhbərliyi miqrantları, xüsusilə də azərbaycanlıları, həm daxili siyasətdə, həm də xarici maraqlarında alətə çevirməyə çalışır. Xüsusilə də son illərdə Ukrayna ilə müharibənin fonunda Rusiya miqrantları dolayısı ilə hərbi əməliyyatlara cəlb etməyə, onların sosial vəziyyətindən sui-istifadə etməyə cəhd göstərir. Hər nə qədər bəziləri bu prosesdən yayınmağa çalışsa da, aydın görünür ki, azərbaycanlılara qarşı xüsusi məqsədli cinayətlər sistematik şəkildə həyata keçirilir”.
H.Babaoğlunun sözünə görə, bütün bunların arxa planında dayanan ideoloji və siyasi faktorlar var:
“Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulması, Azərbaycandakı bəzi rusiyapərəst ictimai təşkilatların milli maraqlara zidd fəaliyyətləri, bu münasibətin ötən illərə söykənən bir siyasətin tərkib hissəsi olduğunu göstərir. Rusiya, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünü təmin etmiş, regional güc mərkəzinə çevrilmişdir. Bu, imperiya düşüncəsi ilə hərəkət edən rus siyasi dairələri üçün qəbulolunmazdır. Rusiya postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda hegemonluğunu qorumaq üçün müxtəlif yollar axtarır. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin Rusiyasız davam etməsi, Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyindən ayrılması, Azərbaycanın öz təhlükəsizlik arxitekturasını müstəqil şəkildə qurması bütün bunlar Kreml üçün xoşagəlməz proseslərdir. Son İran-İsrail münaqişəsindən sonra Yaxın Şərq və Cənubi Qafqazda yeni güc balansı yaranır. Azərbaycanın mövqeyi güclənir, Rusiyanın isə zəifləyir. Halbuki Rusiya bölgədə İranla yaxın müttəfiqdir və bu yeni geosiyasi dəyişikliklər Moskvanı ciddi narahat edir. Bu fonda Azərbaycanın və onun müttəfiqlərinin önə çıxması, təbii ki, Rusiyanın regiondakı mövqelərini sarsıdır. Kreml açıq şəkildə bildirir ki, postsovet məkanı rus dilli və rus mədəniyyəti mühiti kimi qalmalıdır. Bu isə reallığa zidd və təhqiredici bir yanaşmadır. Çünki postsovet məkanında yaşayan xalqlar azərbaycanlılar, özbəklər, qazaxlar, türkmənlər qədim imperiyalar qurmuş, zəngin mədəniyyətlər yaratmış xalqlardır. O dövrlərdə isə Rusiya dövləti adlanan bir qurum tarix səhnəsində belə yox idi. Belə olan halda, bu xalqları rus mədəniyyətinin ətraf mühiti kimi təqdim etmək – klassik şovinizmin və tarixi inkarçılığın ən bariz nümunəsidir”.
Leyla Turan
Demokrat.az