Şuşa və Xankəndiyə səfərlər DAYANDIRILIR — Bu TARİXƏDƏK

SOSİAL 30 iyun 2025, 12:43
30 iyun – 6 iyul tarixləri arasında "Yolumuz Qarabağa" portalı üzərindən doqquz istiqamətə -Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına səfərlər üçün icazələrin verilməsi müvəqqəti olaraq dayandırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə keçiriləcək dövlət tədbiri ilə əlaqədar olaraq bu məhdudiyyət tətbiq olunub.

Məhdudiyyətin tətbiqi ilə bağlı vətəndaşlara əvvəlcədən SMS bildirişləri göndərilib. Eyni zamanda, Zəngilan və Cəbrayıl istiqamətləri üzrə səfərlər hazırda açıq olaraq qalır və bu marşrutlara icazələrin verilməsi davam edir.
 
Məlumata görə, məhdudiyyətin tətbiq olunmasına səbəb olan əsas amillərdən biri Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) yüksək səviyyəli beynəlxalq tədbirinin keçirilməsidir. Tədbirdə təşkilata üzv ölkələrin liderləri və rəsmi nümayəndə heyətləri iştirak edəcək.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, logistik rahatlığın təmin olunması və tədbirin yüksək səviyyədə təşkili məqsədilə əraziyə giriş-çıxışa müvəqqəti məhdudiyyət qoyulub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top