Növbəti 4 gün ardıcıl tətil bu tarixdə olacaq

SOSİAL 30 iyun 2025, 11:23
Azərbaycanda növbəti bayram tətili noyabrda olacaq.

Demokrat.az xəbər verir ki, noyabrda 4 gün ardıcıl istirahət nəzərdə tutulur. 

İyul, avqust, sentyabr və oktyabr aylarında qeyri-iş günü olan bayram yoxdur. Bu müddətdə yalnız 20 sentyabr - Dövlət Suverenliyi Günü və 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunur, lakin onlar iş günləridir.

Növbəti qeyri-iş günləri 8 və 9 noyabr olacaq, yəni Zəfər Günü və Dövlət Bayrağı Günü. Hər iki gün şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən tətil 10 və 11 noyabra keçirilir. Beləliklə, 8-11 noyabr tarixlərində ölkədə ardıcıl 4 gün istirahət olacaq.

Bundan əlavə olaraq, 12 noyabr - Konstitusiya Günü iş günü və ilin sonuncu qeyri-iş günü isə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olacaq.

Qeyd edək ki, bu gün 4 günlük tətildən sonra ilk iş günüdür. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top