Yay mövsümünün gəlməsi ilə bazarlarda qarpız, yemiş və digər sulu meyvələr geniş şəkildə satılmağa başlayır. Bu meyvələr tərkibindəki yüksək su miqdarı və vitaminlərlə orqanizm üçün faydalı olsa da, onların düzgün seçilməməsi və normadan artıq qəbulu bir sıra sağlamlıq riskləri yarada bilər.
Bununla bağlı terapevt Xəyyam Eyvazov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, qarpız və yemiş kimi meyvələr bədənin su balansını qorumağa kömək edir:
“Eyni zamanda A, C vitaminləri və antioksidantlarla zəngindir. İsti havalarda bu meyvələrin qəbulu susuzluğun qarşısını alır, bağırsaq fəaliyyətini tənzimləyir və ümumi immuniteti gücləndirir. Lakin bu meyvələrin istifadəsində diqqətli olmaq vacibdir. Ən çox rast gəlinən problemlərdən biri düzgün yetişməyən və ya süni şəkildə tez yetişdirilən məhsulların qəbulu ilə bağlıdır. Belə meyvələrdə kimyəvi maddələrin qalıqları ola bilər ki, bu da xüsusilə uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir. Buna görə də meyvə alarkən onun xarici görünüşünə, qoxusuna və mövsümünə uyğun olmasına diqqət yetirilməlidir”.
Həkim əlavə edib ki, qarpız və yemişin çox miqdarda qəbulu mədə-bağırsaq pozğunluqları, şişkinlik, qaz problemi və qanda şəkər səviyyəsinin artmasına səbəb ola bilər:
“Diabet və böyrək xəstəliyindən əziyyət çəkən şəxslər bu meyvələri həkim məsləhəti ilə və nəzarətli şəkildə qəbul etməlidirlər. Nəticə etibarilə, yay meyvələri orqanizm üçün faydalı olsa da, onların düzgün seçilməsi və ölçülü istifadəsi sağlamlığın qorunması baxımından olduqca vacibdir”.
Leyla Turan
Demokrat.az