Gözlənən qərar qüvvəyə minir: Sabahdan...

GÜNDƏM 30 iyun 2025, 18:30
"Ötən il iyul ayının 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ailə Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minir. Ailə Məcəlləsində evliliyin məhdudlaşdırılması ilə bağlı siyahı bir qədər də genişlənir. Qanun sabahdan etibarən qüvvəyə minəcək. Dəyişikliyə əsasən qan qohumluğu olan şəxslərin nikaha daxil olması qadağan edilir. Bununla bağlı məsələ uzun müddətdir ki, müzakirə mövzusu idi".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, qərarın əleyhinə danışanlar olsa da, çoxluq qohum evliliyinin bir çox fəsadları olduğunu bilir:

"Bu, beynəlxalq təcrübədə də öz təsdiqini tapıb. ABŞ-nin bir çox ştatlarında qohum evliliyi qadağan edilib. Bütün bu araşdırmalar yekun nəticəyə gəlməyə səbəb oldu. Bu cür evliliklər talasemiya kimi qan xəstəlikləri və bir sıra irsi xəstəliklərin yaranmasına səbəb olur. Xəstə nəslin formalaşması xalqın genofonduna kifayət qədər ciddi təhdid idi".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top