YapiKredi Müraciət Forması
Sənaye və energetika Sosial

Ağdaş və Göyçayın bir sıra ərazilərində işıq olmayacaq

Ağdaş və Göyçayın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində 10 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.

Demokrat.az-ın xəbərinə görə, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Ağdaşda saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

B
Qeyd edilməyib