Kamran Ağabalayev tənqid etdi: “Asfaltda gəzməyək?”

GÜNDƏM 30 iyun 2025, 14:09
“Ara qarışdı, məzhəb itdi. Asfalt çökür, insan dünyasını dəyişir, 2 günə tapılır və bu, normaldır?”

Musavat.com xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial şəbəkədə yazıb.

O, Cümşüd Cümşüdovun Bakıda kanalizasiya kollektoruna düşməsinə münasibət bildirib.

K. Ağabalayev “Instagram”ın hekayə bölməsində gündəmdə olan məsələyə eyham vuraraq dəhşətli hadisəyə diqqət çəkib:

“Bunu təbiətin ayağına bağlayaq? Yer sürüşməsidir? Zəlzələdir? Nədir bunun adı? Və ən əsas məsuliyyəti kim daşıyacaq? Və daşıyacaqmı? Nə edək? Asfaltda gəzməyək?”

Qeyd edək ki, Cümşüd Cümşüdov bir neçə gün əvvəl Binəqədi rayonunda, “Baksol” yolu adlanan ərazidə kanalizasiya kollektoruna düşüb. Axtarışlar nəticəsində gənc oğlanın meyiti Hövsan qəsəbəsi yaxınlığında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top