Su davası qanla nəticələndi — 9 yaşlı uşaq əmisinə xəsarət yetirdi

KRİMİNAL 30 iyun 2025, 19:49
Saatlı sakini əmisinə xəsarət yetirib.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2016-cı il təvəllüdlü A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. Səttar Ağayev Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top