İdman

Azərbaycanda komanda meydana baş məşqçisiz çıxacaq?

Azərbaycanda komanda meydana baş məşqçisiz çıxacaq?

Azərbaycan Premyer Liqasında XXXV turun "Zirə" ilə səfər oyununa “Sabah”ın baş məşqçi qismində Vasili Berezutski çıxarmaya bilər.

Demokrat.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb rusiyalı mütəxəssisin mayın 17-də Rusiya MOİK-inin UEFA Kubokunu qazanmasının 20 illiyi münasibətilə təşkil olunan yoldaşlıq oyunu üçün vətəninə yollanma ehtimalıdır.

MOİK 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb. 42 yaşlı mütəxəssis sabiq komanda yoldaşları ilə birlikdə mayın 17-də "VEB Arena"dakı matçda forma geyinəcək.

NE
Nihadə Eyyubova