FIFA-nın rəsmi saytında yayımlanan məlumatda Türkiyənin "Fənərbağça" klubuna 3 transfer dönəmi müddətinə transfer qadağası tətbiq edildiyi bildirilib.
Demokrat.az xəbər verir ki, klub məsələ ilə bağlı açıqlama yayaraq qadağanın müvəqqəti xarakter daşıdığını və "Sevilya"dan transfer edilən Yussef En-Nesirinin transfer ödənişi ilə bağlı olduğunu açıqlayıb.
İstanbul təmsilçisinin məlumatına görə, futbolçunun transfer haqqı üzrə 30 aprel 2026-cı il tarixli ödəniş vaxtında həyata keçirilməyib. Bununla əlaqədar qarşı tərəf FIFA-ya müraciət edib. "Fənərbağça" rəhbərliyi daha sonra gecikmiş ödənişi həyata keçirib.
Klub bildirib ki, FIFA tərəfindən növbəti ödənişin də edilməsinə qərar verilib. "Fənərbağça" həmin məbləği sentyabrın 28-də, bazar ertəsi ödəyəcəyini və FIFA qarşısında tələb olunan prosedurlar tamamlandıqdan sonra transfer qadağasının aradan qaldırılacağını açıqlayıb.
Klubdan qeyd edilib ki, əvvəlki dövrlə bağlı maliyyə göstəriciləri və öhdəliklər isə sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Qurultayda üzvlərə və ictimaiyyətə təqdim olunacaq.
Jalə

