Türkiyənin məşhur aktrisalarından Hale Soygazi uzun müddətdən sonra yenidən görüntülənib.
Demokrat.az xəbər verir ki, Yeşilçam dövrünün tanınmış simalarından olan 75 yaşlı sənətçi illərdir mediadan uzaq, sakit həyat sürür. Onun son görüntüləri sosial mediada böyük maraq doğurub.
Hale Soygazi "Süt Kardeşler", "Oh Olsun" və digər məşhur ekran əsərlərindəki rolları ilə türk kinosunun yadda qalan simalarından birinə çevrilib.
Aktrisanın yeni görüntülərini görən pərəstişkarları onun görünüşünə diqqət çəkərək sosial şəbəkələrdə çoxsaylı şərhlər yazıblar. İzləyicilər Soygazinin illər keçməsinə baxmayaraq zərifliyini qoruduğunu bildiriblər.
Sənətçinin uzun müddət sonra görüntülənməsi onun pərəstişkarları arasında da böyük maraqla qarşılanıb.



