Dünya

Tramp İranın təklifini rədd etməsindən danışdı

Tramp İranın təklifini rədd etməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi razılaşma təklifini rədd etdiyini deyib.

Bunu Tramp jurnalistlərə açıqlamasında bildirib:

"Onlar təklif irəli sürdülər, amma mən onu rədd etdim".

ABŞ Prezidenti İranın Hörmüz boğazını dərhal açmaqla bağlı razılaşma əldə etməyə çalışdığını və bunun İranın ağır vəziyyətə düşməsi ilə əlaqəli olduğunu söyləyib.

"Dedilər: gəlin boğazı bağlayaq və dünya üçün problem yaradaq. Sonra mən gəldim və hərbi tarixdəki ən böyük blokadanı tətbiq etdik", – Tramp qeyd edib.

Trampın sözlərinə görə, İran Hörmüz boğazını bağlamaq qərarına görə hazırda maliyyə imkanlarını itirib: "İndi onların pulu yoxdur, çünki onlar boğazı bağlamaq istəyirdilər, biz isə onu onların üzünə bağladıq".

NE
Nihadə Eyyubova