Maraqlı

300 milyon dollarlıq miras ailəni məhkəməlik etdi – Qardaşlar məzar yerlərini satdı

300 milyon dollarlıq miras ailəni məhkəməlik etdi – Qardaşlar məzar yerlərini satdı

Türkiyədə iş adamı Turgut Gençalın 2025-ci ildə vəfatından sonra ailəsində başlayan miras mübahisəsi məhkəməyə qədər gedib. Təxminən 300 milyon dollar dəyərində olduğu bildirilən mirasla bağlı Gençalın 6 övladı arasında qarşılıqlı məhkəmə iddiaları qaldırılıb.

Demokrat.az xəbər verir ki, sonuncu məhkəmə iclası Beykoz Ədliyyəsində keçirilib. Məhkəmə iş üzrə Turgut Gençalın həyat yoldaşı Gülüzar Gençalın və digər şahidlərin dinlənilməsi üçün prosesi dekabr ayına təxirə salıb.

İş adamının oğlu Abdullah Gençal bildirib ki, məhkəmə prosesləri başa çatana qədər mirasın bölüşdürülməsi mümkün deyil. Onun sözlərinə görə, ailə üzvlərinin miras payı qarşılığında ona etdiyi təklifi də qəbul etməyib.

Abdullah Gençal məhkəmə çəkişmələrinin ailəyə həm maddi, həm də mənəvi baxımdan ciddi təsir etdiyini deyib. O, 6 bacı-qardaşın maddi sıxıntı səbəbindən Karacaahmet qəbiristanlığında atalarının əvvəlcədən aldığı məzar yerlərini satmaq məcburiyyətində qaldığını açıqlayıb.

Onun sözlərinə görə, hər bir məzar yeri 500 min türk lirəsinə ailənin kuzeninə satılıb.

Gençal həmçinin miras davası fonunda 6 bacı-qardaşın münasibətlərinin kəskin pisləşdiyini və onların demək olar ki, bir-birinə düşmən kəsildiyini bildirib.

Jalə