Numeroloqlar bəzi doğum günlərinin insanın sevgi həyatında gözlənilməz hisslərin yaranması ilə əlaqəli olduğunu iddia edirlər. Onların fikrincə, bəzi insanlar əvvəlcədən qurduqları münasibət ssenarisindən kənara çıxaraq qəfil və dərin hisslər yaşaya bilərlər.
Demokrat.az xəbər verir ki, bu barədə "Times of India" yazıb.
Bunun üçün doğum gününün rəqəmləri toplanaraq birrəqəmli nəticə əldə edilir. Məsələn, ayın 14-də doğulan şəxsin rəqəmi 1+4=5 hesab olunur. Numeroloqlar xüsusilə 2, 5, 6, 7, 8 və 9 rəqəmlərini qəfil aşiq olma ilə əlaqələndirirlər.
2 rəqəmi – dostluqdan sevgiyə
2, 11, 20 və 29-da doğulanların əvvəlcə dostluq etdiyi insana sonradan romantik hisslər bəsləyə biləcəyi deyilir. Güvən, mehribanlıq və səmimi ünsiyyət onların münasibətlərində əsas rol oynaya bilər.
5 rəqəmi – gözlənilməz qarşılaşma
5, 14 və 23-də doğulanlar üçün sevginin təsadüfi görüş və ya qeyri-adi vəziyyət nəticəsində ortaya çıxa biləcəyi bildirilir. Onların əsas xüsusiyyətlərindən biri münasibətlərdə ənənəvi ssenarilərə bağlı qalmamaqdır.
6 rəqəmi – gözlənilməyən insana sevgi
6, 15 və 24-də doğulanların ideal partnyorla bağlı müəyyən təsəvvürlərinin olduğu qeyd edilir. Lakin numerologiyaya görə, onların həqiqi hissləri heç vaxt gözləmədikləri bir insana qarşı yarana bilər.
7 rəqəmi – ağıl və ürəyin dəyişməsi
7, 16 və 25-də doğulanlar kiməsə güvənmək üçün daha çox vaxt sərf edə bilərlər. Lakin dərin söhbət, intellektual yaxınlıq və səmimi ünsiyyət onların fikirlərini dəyişərək gözlənilməz münasibətin başlanmasına səbəb ola bilər.
8 rəqəmi – sevgi məsuliyyətlərin arasında gəlir
8, 17 və 26-da doğulanlar üçün karyera və gündəlik öhdəliklər çox vaxt ön planda olur. Numeroloqlar hesab edirlər ki, onların sevgisi sıx həyat qrafikini anlayışla qarşılayan və qarşılıqlı hörmət göstərən insanla yarana bilər.
9 rəqəmi – fikir ayrılığından sevgiyə
9, 18 və 27-də doğulan şəxslərin əvvəlcə dünyagörüşləri fərqli olan insanlarla mübahisə etməsi, daha sonra isə qarşılıqlı hörmət və marağın yaranması mümkündür. Belə münasibətlərdə fikir ayrılığı zamanla emosional yaxınlığa çevrilə bilər.
Jalə

