Bakıda 11 yaşlı uşağı avtomobil vurub.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.
Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb.
R.Əsədovun anası Şəfa Nəsibova bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2107 markalı avtomobilin sürücüsü T.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.


