Əhatə dairəsi genişləndirilən yeni təmayül modeli ilə bağlı maraqlı məsələlərdən biri də müəllimlərin əməkhaqqı məsələsidir.
Təmayül siniflərində dərs deyəcək müəllimlərin əməkhaqqı necə hesablanacaq? Onlar üçün adi məktəblərdə çalışan müəllimlərdən fərqli maaş və ya əlavə ödəniş nəzərdə tutulurmu?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, YTTM layihəsi çərçivəsində əsasən tam ştatlı müəllim modelinin tətbiqi nəzərdə tutulur.
"Layihədə iştirak edən müəllimlərin əməkhaqlarında artımlar nəzərdə tutulub.
Əməkhaqqının konkret hesablanması və ödəniş mexanizmləri müvafiq normativ tələblər və layihə çərçivəsində müəyyən edilmiş şərtlər əsasında həyata keçiriləcək".(bizim.media)

